11 Dekabr 2022 02:10
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin oyunları başa çatıb.

Teleqraf.com xəbər verir ki, günün ilk oyununda Mərakeş Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib.

Son 1/4 final matçında Fransa İngiltərəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni əldə edib. Dünya çempionatının yarımfinal oyunları bu tarixdə keçiriləcək:

13 dekabr, çərşənbə axşamı

22.00 - Argentina - Xorvatiya

14 dekabr, çərşənbə

22.00 - Fransa - Mərakeş


Müəllif: Pərvin Cəfərova