11 Dekabr 2022 08:35
1 800
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted"inin əfsanəsi Harri Nevil dünya çempionatının 1/4 final mərhələsinin İngiltərə - Fransa matçının baş hakimi Uilton Sampayonu tənqid edib.

Teleqraf.com "Sky Sports"a istinadən xəbər verir ki, Nevil İngiltərə yığmasının yalnız hakimin qərarlarına görə fransızlara uduzduğunu bildirib.

“Tam bir kabus. Hakim yox, gülüş obyekti. O, sadəcə olaraq pis hakimdir, iyrəncdir”, - Nevil bildirib.

Dekabrın 10-da El-Xaur şəhərindəki “El-Beyt Arena”da keçirilən oyun 2:1 hesabı ilə hazırkı dünya çempionlarının xeyrinə başa çatıb.

Fransa yarımfinalda Mərakeşlə qarşılaşacaq. Argentina və xorvatlar finala ikinci vəsiqə uğrunda mübarizə aparacaqlar.

Qarşılaşmalar dekabrın 13-14-də keçiriləcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər