12 Dekabr 2022 22:43
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatındakı favoritini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, 37 yaşlı hücumçu "Mirror" nəşrinə müsahibəsində Fransa millisinin titulu qazanmağa daha iddialı olduğunu bildirib.

Təcrübəli forvard hesab edir ki, "xoruzlar" mundialın qalibi, Kilian Mpappe isə ən yaxşı oyunçusu olacaq.

O, İngiltərə millisinin DÇ-2022 ilə vidalaşmasına da toxunub: "İngilislər Fransaya qarşı 1/4 final matçında çox yaxşı oynadılar. Düşünürəm ki, onlar da Braziliya ilə eyni aqibəti yaşadılar. Kiçik detallar sonda görüşün gedişinə təsir etdi. Amma İngiltərə yığması sərgilədiyi oyunla fəxr etməlidir".

Qeyd edək ki, Portuqaliya yığması 1/4 finalda Mərakeş seçməsinə 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Mundiala dekabrın 18-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər