14 Dekabr 2022 00:55
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətərdə keçirilən dünya çempionatında finala çıxan ilk komanda Argentina oldu.

Teleqraf.com xəbər verir ki, gərgin mübarizə şəraitində keçən qarşılaşmada Argentina 34, 39, 70-ci dəqiqələrdə xorvatların qapısından üç cavabsız top keçirib.

Qolları Lionel Messi, Xulian Alvares vurub.

***

Qətərdə keçirilən dünya çempionatında Argentina üçünçü topu xorvatların qapısından keçirdi.

Teleqraf.com xəbər verir ki, oyunun 70-ci dəqiqəsində Messinin meydanın mərkəzindən məharətli gətirib, Xulian Alvaresə ötürdüyü topu sonuncu qolla yekunlaşdırıb.

Hazırda gərgin mübarizə şəraitində keçən görüşdə Argentina 3:0 hesabı ilə öncədir.

***

00:05

Argentina və Xorvatiya yığmalarının qarşılaşmasında ikinci hissəyə start verildi.

Teleqraf.com xəbər verir ki, görüşün ilk hissəsi Argentinanın Xorvatiya üzərində 2:0 qalibiyyəti ilə başa çatıb.

***

23:49

Qətərdə keçirilən dünya çempionatında Argentina və Xorvatiya yığmalarının qarşılaşmasında birinci hissə başa çatıb.

Teleqraf.com xəbər verir ki, görüşün ilk hissəsi Argentinanın xeyrinə bitib. Beləki, Cənubi Amerikalılar xorvatların qapısından iki cavabsız top keçirib.

***

23:40

Qətərdə keçirilən dünya çempionatının ilk yarımfinal oyununa ikinci qol vurulub.

Teleqraf.com xəbər verir ki, Xulian Alvares 39-cu dəqiqədə vurduğu qolla Argentinanı 2:0 hesabı ilə önə çıxarıb.

***

23:34

Argentina və Xorvatiya yığma komandaları qarşılaşmasında hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Lionel Messi 34-cü dəqiqədə penalti zərbəsindən Argentinanı hesabda irəli çıxarıb.

***

23:01

Qətərdə keçirilən dünya çempionatının ilk yarımfinal oyununa start verildi.

Teleqraf.com xəbər verir ki, Argentina və Xorvatiya yığma komandaları arasında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

***

22:30

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Argentina və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, millilər meydanda bu heyətlə iştirak edəcəklər:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Entso Fernandes, Leandro Paredes, Nikolas Talyafiko, Aleksis Makkallister, Rodriqo De Paul, Lionel Messi, Xulian Alvares

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Paşaliç, İvan Perisiç, Andre Kramariç

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Müəllif: Teleqraf.com