16 Dekabr 2022 00:43
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi dekabrın 15-də Qətərdə fransalılarla dünya çempionatının final oyununa hazırlıq məqsədilə keçirilən millinin məşqini buraxıb.

Teleqraf.com xəbər verir ki, xorvatlarla yarımfinal oyununda hücumçunun sol bud nahiyəsində problem yaranıb. Bu zədənin futbolçunun məşqə çıxmamasına səbəb olub-olmadığı hələlik məlum deyil, amma nəşrin məlumatına görə, Messi finalda iştirak edə biləcək.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının Argentina- Fransa final oyunu dekabrın 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər