İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema Fransa millisindəki karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə 35 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib.
"Bugünkü şəxs olmaq üçün əlimdən gələni etdim və bəzi səhvlərə yol verdim. Bunlarla fəxr edirəm. Mən öz tariximi yazdım. Artıq ortaq hekayəmiz başa çatır", - təcrübəli forvard yazıb.
Qeyd edək ki, Fransa yığmasındas 97 oyun keçirən Kərim Benzema 37 qol vurub.