24 Dekabr 2022 21:25
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsanəvi braziliyalı futbolçu Pelenin son durumuna aydınlıq gəlib.

Teleqraf.com xəbər verir ki, 82 yaşlı keçmiş hücumçunun səhhəti pisləşib.

Xərçəng xəstəliyindən əziyyət çəkən Pelenin xəstəliyi daha da irəliləyib. Üstəlik onun ürək çatışmazlığı da var.

Pele artıq bir neçə gündür ki, xəstəxanadadır. Onun qızı Keli Naskimento atası ilə fotosunu paylaşıb və yazıb: “Biz hələ də buradayıq. Mübarizəmiz davam edir. İnanırıq. Daha bir gecəni birlikdə keçirdik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər