"Zirə" komandasının iki futbolçusu Azərbaycan Premyer Liqasının XVIII turunda "Kəpəz"lə oyunda qırmızı vərəqə alıb.
Teleqraf.com xəbər verir ki, 18-ci dəqiqədə Coşqun Diniyev rəqib oyunçu Tural Axundova qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Dörd dəqiqə sonra isə Nemanya Ancelkoviç Abdullahi Şuaybunu yıxdığı üçün eyni halla üzləşib.
Qeyd edək ki, "Zirə" hələlik 1:0 hesabı ilə öndədir.