Kadi Borgesin gedəcəyi halda “Qarabağ” klubu onun boşluğunu “Neftçi”nin sabiq futbolçusu ilə doldura bilər.
Teleqraf.com xəbər verir ki, söhbət mərakeşli yarımmüdafiəçi Sabir Buqrindən gedir.
Hazırda Tunisin “Esperansa” klubunda oynayan legioner baş məşqçi Qurban Qurbanovun bəyəndiyi futbolçulardandır.
“Neftçi”də 2 mövsüm keçirən Buqrin 37 oyunda rəqib qapılarından 4 top keçirib.