Məşhur "France Football" jurnalını Fransanın ən yaxşı futbolçusunu seçib.
Teleqraf.com xəbər verir ki, jurnalın versiyasına görə, Fransa yığmasının və Madrid "Real"ının aparıcı hücumçusu Kərim Benzema 2014-cü il üçün ölkəsinin ən yaxşı futbolçusu elan olunub.
Reytinqdə ikinci yerdə "Yuventus" klubunun yarımmüdafiəçisi Pol Poqba, üçüncü yerdə isə "Real Madrid" klubunun müdafiəçisi Rafael Varan qərarlaşıb. Benzema İspaniya çempionatının hazırkı mövsümündə 13 oyun keçirərək 8 qol vurub və yeddi məhsuldar ötürmə edib. 26 yaşlı forvard həm də klubunun aparıcı oyunçularından biridir.
Rüstəm