18 Dekabr 2014 13:00
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın tanınmış tennisçilərindən olan Rafael Nadal Tommy Hilfiger markasının qlobal səfiri olacaq.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı idmançı moda evi ilə 2 illik müqavilə bağlayıb. O, markanın geyim və alt geyimi kolleksiyalarının reklam kampaniyalarında çəkiləcək. İlk çəkilişlər gələn ilin əvvəlində İspaniyada keçiriləcək.

Çap, internet və bütün dünyada bilbordlarda reklam məhsulunun yaradılması ilə Laird & Partners məşğul olacaq. Bundan əlavə, Nadal Şimali Amerika, Avropa və Asiyada əməkdaşlığın buraxılması münasibəti ilə Hilfiger-in tədbirlərində iştirak edəcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər