Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov WBSA-nın vitse-prezidenti Yaşar Niftəliyevlə görüşüb.
Teleqraf.com-un məlumatına görə, görüşdə Yaşar Niftəliyevlə 2015-ci ildə baş tutacaq yarışlar barədə müzakirələr aparılıb. Sonda Fariz Məmmədovla promouter arasında 2015-ci il üçün müqavilə imzalanıb.
Müqaviləyə əsasən Fariz yeni ildə 3 döyüş keçirməlidir.