Beynəlxalq Futbol Federasiyası (FIFA) gələn həftənin sonuna qədər bütün matçların üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlamağı xahiş edib.
Teleqraf.com xəbər verir ki, bu barədə FIFA federasiyaya daxil olan bütün 211 milli assosiasiyaya müraciətində bildirib.
"FIFA bütün yarış təşkilatçılarını gələn həftəsonu və ondan sonrakı həftə hər futbol matçından əvvəl bir dəqiqəlik sükut saxlamağa çağırır", - deyə qeyd olunub.
İngiltərə Premyer Liqası bildirib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları "Futbol Kralı"nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq və bütün oyunçular meydana qara sarğılarla daxil olacaq.