Yeni yaranmış Klublar Komitəsinin üzvləri dünən yenidən bir araya gəlib.
Publika.az xəbər verir ki, iclasda müzakirə olunan məsələlərdən biri də hakimliklə bağlı olub.
Son dövrlər artan hakim səhvləri və ümumiyyətlə, cari mövsümdə hakimlərin bir sıra kobud səhvlərə yol verməsi klubları da təngə gətirib.
Onlar artıq Hakimlər Komitəsinin fəaliyyəti ilə bağlı AFFA İcraiyyə Komitəsinə şikayət etməyə hazırlaşırlar. Şikayətlə bağlı təklifi bütün klublar dəstəkləyib.