16 Yanvar 2023 16:02
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakimə təyinat göndərib.

Teleqraf.com Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov yanvarın 18-də Türkiyənin İstanbul şəhərində keçiriləcək qadın voleybolçular arasında Çempionlar Liqasının D qrupunun matçını idarə edəcək.

E.Zülfüqarov “Burhan Felek” voleybol salonunda baş tutacaq “Fənərbağça Opet” (Türkiyə) - “Allianz MTV Ştutqart” (Almaniya) klublarının qarşılaşmasında baş hakim olacaq. Oyunda ikinci hakim funksiyasını rumıniyalı Pol Katalin Şabo-Aleksi yerinə yetirəcək


Müəllif: Teleqraf.com