18 Yanvar 2023 16:28
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışında ilk qələbəsini qazanıb.

Teleqraf.com xəbər verir ki, Ağam təmsilçisi günün birinci qarşılaşmasında Serbiya klubu “Çukariçki”ni məğlub edib – 1:0.

Matçda yeganə qolu “Qarabağ”ın kolumbiyalı futbolçusu Kevin Medina vurub.

Baş məşqçi Qurban Qurbanovun komandası bu gün daha bir oyunda gücünü sınayacaq. “Qarabağ” Bakı vaxtı ilə saat 18:30-da başlayacaq görüşdə Polşa təmsilçisi “Poqon”la üz-üzə gələcək. Bununla da Ağdam təmsilçisinin Antalya toplanışı başa çatacaq.

Qeyd edək ki, “Qarabağ” Türkiyədəki ilk yoxlama görüşündə “Rakuv”a (Polşa) 0:3 hesabı ilə uduzub.


Müəllif: Teleqraf.com