19 Yanvar 2023 01:09
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) video-köməkçi hakim (VAR) sistemi ilə bağlı tarixi qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, VAR otağında əyləşən hakimlər futbol matçlarında mübahisəli epizodları yenidən izlədikdən sonra müvafiq qərarları tribunadakı azarkeşlərə və yayım hüququna sahib telekanallara mikrofon vasitəsilə açıqlayacaqlar.

Referilərin VAR hakimləri ilə danışığı isə əvvəlki kimi məxfi saxlanılacaq.

Yenilik ilk dəfə bu ilin fevralında Mərakeşdə keçiriləcək klublararası dünya çempionatında tətbiq olunacaq. Bunun qadınlar arasında mundialda da sınaqdan keçirilməsi planlaşdırılır.

IFAB oyunlar zamanı itirilmiş vaxtı kompensiyaya etmək üçün basketboldakı qaydanın (vaxtın dayandırılması) tətbiqinə isə qarşı çıxıb.


Müəllif: Teleqraf.com