21 Yanvar 2023 22:11
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın keçmiş futbolçusu Dani Alves cinsi təcavüzdə təqsirli bilinərsə, onu 4 ildən 12 ilədək həbs cəzası gözləyir.

Teleqraf.com "Marca" qəzetinə istinadən xəbər verir ki, hakim Braziliya və İspaniya arasında ekstradisiya müqaviləsinin olmaması səbəbindən, Alvesin cəzadan yayınmaq üçün vətəninə qaçma riskini artırdığı üçün istintaq zamanı futbolçunun girov ödənişi hüququ olmadan həbs edilməsinə qərar verib.

Futbolçu iddia edilən qurbanın onu ittiham etdiyi cinsi zorakılıq faktını inkar etməyə davam edir. Eyni zamanda, Alves üç dəfə ifadəsini dəyişib. O əvvəlcə qızı tanımadığını deyib, sonra onu gecə klubunda gördüyünü amma aralarında heç nə olmadığını iddia edib. Növbəti dəfə qızın özünün onun üstünə gəldiyini deyib.

39 yaşlı idmançının qurbanı olduğu iddia edilən şəxs onu gecə klubunun VİP zonasında tualetə bağladığını, döydüyünü və zorladığını bildirib. Həkimlər qızda xəsarətlər olduğunu təsdiqləyib.


Müəllif: Pərvin Cəfərova