24 Dekabr 2014 13:14
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko"nun türk ulduzu Arda Turan karyerasının sonuna kimi Türkiyəyə qayıtmağı düşünmür.

Publika.az xəbər verir ki, bu haqda o, "NTV Spor"a açıqlamasında deyib.

Ulduz futbolçu İspaniya klubunda xoşbəxt olduğunu deyib: "Gedə bildiyim yerə qədər Avropada davam edəcəm. Mənə səs verən hər kəsə təşəkkür edirəm. İnsanların UEFA səsverməsində məni dəstəkləməsi qürurvericidi".


Milli futbolçu qarşıdan gələn matçlar haqqında da danışıb. O, komandasının Çempionlar Liqasında "Bayer"lə qarşılaşacağını və qardaşlarına qarşı oynamalı olacağını deyib.

Ulduz oyunçu şəxsi həyatına da toxunub. Barəsində müxtəlif şayiələr gəzən Turan planlı iş tutmadığını deyib: "Hər şeyin xeyirlisi olsun. Evlilik işləri planla olmur".


Müəllif:

Oxşar xəbərlər