24 Yanvar 2023 00:37
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ronald Kuman Niderland millisinin baş məşqçisi postuna qayıdıb.

Teleqraf.com xəbər verir ki, 59 yaşlı mütəxəssis Lui van Qalı əvəz edərək Kral Futbol İttifaqı ilə müqavilə imzalayıb.

Kuman “Barselona”ya getməzdən əvvəl 2018-2020-ci illərdə ölkəsinin seçmə komandasını çalışdırıb.

Qeyd edək ki, Kumanın millidə van Qalı əvəzləyəcəyi faktı hələ ötən ilin aprelində məlum olub.


Müəllif: Teleqraf.com