10 May 2014 23:12
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan La Liqanın son turunda qarşılaşacaqları "Barselona" ilə oyun haqda danışıb.

Teleqraf.com-un məlumatına görə, türkiyəli futbolçu "AS" qəzetinə açıqlamasında "Barselona"dan çəkinmədiklərini bildirib:

"Barselona"dan çəkinmirik. Sadəcə meydana çıxıb, oynamalıyıq. Vəziyyət nə tələb edəcəksə, o cür də oynayacağıq. Düzünü desəm, "Atletiko"nun çempionluq uğrunda sonadək mübarizə aparacağını təsəvvür etmirdim. Ancaq biz nəyə qadir olduğumuzu nümayiş etdirdik və bundan artığına da nail olacağımıza inanıram".

Qeyd edək ki, "Barselona" - "Atletiko" oyunu mayın 18-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Müəllif: