27 Yanvar 00:36
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.

Teleqraf.com xəbər verir ki, yarımfinalda "Əl-İttihad"a 1:3 hesabı ilə uduzan Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.

Meydana start heyətində çıxan 38 yaşlı hücumçu əvəzlənmədən oynayıb. "Əl-Nəsr"in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.

Qeyd edək ki, Kriştianu Ronaldo bu ay Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.


Müəllif: Teleqraf.com