Oxşar xəbərlər
"Səudiyyə Ərəbistanının hücumçusu Kriştianu Ronaldo tezliklə Avropaya qayıdacaq".
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Əl-Nasr” klubunun baş məşqçisi Rudi Qarsiya deyib.
"Ronaldo heyətimizi keyfiyyətcə təkmilləşdirəcək. O, rəqiblərimizin müdafiəçilərinə problem yaradacaq. Ronaldo dünyanın ən yaxşı hücumçularından biridir. Onun karyerasını “Əl-Nasr”da bitirəcəyini düşünmürəm. Ronaldo Avropaya qayıdacaq”, - deyə Garsiya bildirib.
Qeyd edək ki, yanvarın 2-də Ronaldo ildə 200 milyon avro alacağı müqaviləyə əsasən "Əl-Nasr"ın oyunçusu oldu.