31 Yanvar 19:44
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan oyun keçirilib.

Teleqraf.com xəbər verir ki, Voleybol Mərkəzində “Neftçi” və “Xarı bülbül” komandaları üz-üzə gəliblər. Görüş Şuşa klubunun 3:0 (25:21, 25:23, 25:20) hesablı qələbəsi ilə yekunlaşıb.

Turun və I dövrənin son matçından sonra “Murov” 9 xalla turnir cədvəlinə liderlik edir. "Xarı bülbül” 6 xalla 2-ci, hesabında 3 xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.


Müəllif: Teleqraf.com