2 Fevral 2023 00:39
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləşçimiz Hacı Əliyev (70 kq) Xorvatiyada keçirilən "Zaqreb Open" turnirini gümüş medalla başa vurub.

Teleqraf.com xəbər verir ki, titullu idmançımız həlledici görüşdə ABŞ təmsilçisi Alek Uilyama məğlub olub.

H.Əliyev dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib.

Hacı Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə ediblər.


Müəllif: Teleqraf.com