Yanvarın 27-28-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Savat idman növü üzrə ənənəvi Budapeşt Open Beynəlxalq Turniri keçirilib.
Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, yarışda 15 ölkənin idmançıları iştirak edirib.
Azərbaycan Savat Milli Komandası bu yarışda yığma komandanın Baş məşqçisi Taleh Nağızadənin rəhbərliyi ilə 6 idmançı ilə təmsil olunub. Milli komanda yarışda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.
Məhəmməd Süleymanov 14-15 yaş qrupunda,75 kq çəki dərəcəsində qızıl medal, Məmmədli Toğrul 10-12 yaş qrupunda, 35 kq çəki dərəcəsində qızıl medal, Tutu İsmayılova qadınların yarışında 48 kq çəki dərəcəsində gümüş medal, Yaşar Musazadə 12-13 yaş qrupunda 60 kq çəki dərəcəsində gümüş medal, Sənan Babazadə böyüklərin yaş qrupunda 80 kq çəki dərəcəsində bürünc medal, Məmmədov Mikayıl 8-10 yaş qrupunda 25 kq çəki dərəcəsində bürünc medal qazanıb.