4 Fevral 2023 23:13
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq. çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib.

Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub.

Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər