Zaqreb "Dinamo"sunda çıxış edən millimizin üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Teleqraf.com xəbər verir ki, Emrelinin bu mövsümün sonuna kimi icarə əsasında "Konyaspor"da oynayacağı vurğulanıb. Konya klubununun yayda futbolçunu birdəfəlik almaq hüququ olacaq.
Qeyd edək ki, M. Emreli ötən ilin yanvarından Zaqreb təmsilçisində oynayır.