Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Teleqraf.com-un məlumatına görə, 78-ci dəqiqədə "köhlən atlar"ın yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib.
***
Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb.
Teleqraf.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.
Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.
Bundan əlavə, fubtolçular meydana "yanınızdayız" pankartı ilə çıxıblar.
Görüşü Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.