Belçikada "Gent" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.
Teleqraf.com xəbər verir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Uilyam Kollama Frensis Konnor və David Roome laynsmanlar qismində köməklik göstərəcək.
Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.