28 Fevral 2023 00:28
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun fotoqrafı Elmir Kərimovun işdən çıxarılmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, fiziki məhdudiyyətli olan Kərimovun 50 manata görə klubdan ayrılması ilə bağlı sosial şəbəkələrdə yayılan və çox müzakirə olunan xəbərləri belə şərh edib:

“Ümumən, bir məsələdən əmin olmaq üçün yüz faiz dəqiqləşdirmək lazımdır. Haradan başlayır, necə olur. Mən də ilk olaraq sosial şəbəkələrdə yayıldıqdan sonra eşitdim. İstəmərəm bu mövzu çox müzakirə olunsun. Özümüz də düşünməliyik. Söhbət 50 manatdan gedirsə, klub belə addım ata bilərmi? Neçə illərdir çox əziyyət çəkir, hamımız xətrini çox istəyirdik. Rəhbərliklə də yaxşı münasibəti var idi. Belə olması, birdən üzə çıxması, gündəm olması bizim üçün xoş deyil. Dərindən dəqiqləşdirmək lazımdır. Məncə problem ediləsi bir şey yoxdur. Klubda həmişə kasıblara, imkansızlara böyük yer ayrılıb. Həmişə çalışıblar lazım olan dəstəyi etsinlər. Mən belə baxıram ki, çox ciddi məsələ deyil. 500 min, milyon məsələsi olsa başqa. Kiçik məbləğdir. Hansısa söz düzgün deyilməyəndə insan hirslənir, başqa fikirdə olur. Hamımızda belə şey baş verir. Bütün xırda detallarla hamı maraqlana bilsə, daha yaxşı olar. Mənim bildiyim qədərilə orada klub tərəfindən elə bir problem yaradılmayacaq. Sabah gəlsin, gözümüz üstə yeri var. Hər bir vətəndaşa, ələlxüsus da fiziki məhdudiyyətli insanlara qarşı həssasıq. Anlaşılmazlıq olur, bəlkə də, bəzi insanlara sərf edir deyə böyüdülür. Həmişə klub işçilərimizin yanında olub”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər