11 May 2014 21:55
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Siti" futbol klubu İngiltərə çempionu olub.

Teleqraf.com-un məlumatına görə, bu gün İngiltərə Premyer Liqasının 2013/2014-cü il mövsümü başa çatıb.

Çempionatın həlledici görüşü Mançesterdə baş tutub. "Mançester Siti" doğma meydanda "Vest Hem"i qəbul edib.

39-cu dəqiqədə Samir Nəsri hesabı açıb. İkinci hissənin əvvəlində Kompani şəhərlilərin ikinci - sonuncu qolunu vurub - 2:0.

Beləliklə, "Maçester Siti" 38 oyundan 81 xal toplayaraq İngiltərə Premyer Liqasının qalibi olub.

"Liverpul" ikinci, "Çelsi" isə mövsümü üçüncü sırada başa vurub.


Müəllif: