4 Mart 2023 10:50
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Teleqraf.com xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.

Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.

Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər