Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirini bir medalla başa vurublar.
Teleqraf.com-un məlumatına görə, bu gün mübarizəyə qoşulan hər iki idmançı yarışla erkən vidalaşıb.
73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazodaya uduzub.
Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadova yenilib.
Qeyd edək ki, daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.