Fransanın nüfuzlu “l'Equipe” nəşri 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunu elan edib.
Teleqraf.com-un məlumatına görə, keçirilmiş sorğunun nəticəsinə əsasən, ilin ən yaxşı oyunçusu adına “Bavariya” və Almaniya millisinin qapıçısı Manuel Noyer layiq görülüb.
Qeyd edək ki, Noyer 2014-cü ildə dünya çempionu olub. “l'Equipe” versiyasında ikinci yeri Kriştiano Ronaldo (“Real”/Portuqaliya), üçüncü yeri isə Lionel Messi (“Barselona”/Argentina) tutub.
Xatırladaq ki, adları çəkilən bu üç oyunçu 2014-cü il üçün FİFA-nın “Qızıl top” mükafatına da namizəddir.