Filippin təmsilçisi Edriel Karlos Yulo Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında ikinci qızıl medalını qazanıb.
Teleqraf.com xəbər verir ki, kişilər arasında dayaqlı tullanma yarışlarının finalında E.Yulo uğurla çıxış edərək hakimlərdən 14,933 xal alıb və bütün rəqiblərini qabaqlayıb.
Böyük Britaniya gimnastı Harri Hepvort 14,816 xalla gümüş, Honqkonq idmançısı Hunq Şek Vey 14,716 xalla bürünc medala sahib olub.
Ötən gün filippinli gimnast E.Yulo paralel qollar üzrə yarışlarda da qızıl medal qazanmışdı.
Turnirdə rekord sayda - 49 ölkədən 173 idmançı iştirak edir.