11-12 martda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Teleqraf.com Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, ölkəmiz yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.
Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.
Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (73 kq) finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. Aslan Kotsoyev (81 kq) final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. Ramazan Əhmədov (90+ kq) turnirin gümüş medalçısı olub.
Hüseyn Eyvazlı (81 kq) yarışı 5-ci yerdə tamamlayıb.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.