19 Mart 2023 01:12
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 26-da Bakı Olimpiya Stadionunda "Qarabağ”la Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Bu barədə Teleqraf.com-a AFFA-dan bildirilib.

Saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər