Aprelin 15-dən 23-dək İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu gün Azərbaycan idmançılarının İrəvanda keçiriləcək çempionatda iştirakını rəsmən təsdiqləyib.
Azərbaycanın 5 ağır atletinin Ermənistanın paytaxtına gedəcəyi məlum olub.
Ermənistan baş nazirinin aparat rəhbəri Araik Arutyunyan azərbaycanlı idmançıları qəbul etməyə hazır olduqlarını deyib.
“Hər hansı belə böyük tədbirə ev sahibliyi etmək üçün ərizə təqdim edərkən, hər bir ölkə federasiyaların turnirdə təhlükəsiz və maneəsiz iştirakına zəmanət verir. Vədlərimizə sadiq qalmağa və hər kəsin iştirakını təmin etməyə hazırıq. İştirak üçün müraciət hüququ olan bütün ölkələrin nümayəndələrini qəbul etməyi öhdəmizə götürürük. Biz açıqladığımız şərtləri təmin edəcəyik. Hər kəsi, o cümlədən Azərbaycanı qəbul etməyə hazırıq”, - Arutyunyan bildirib.