21 Mart 2023 10:29
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il üzrə "Qızıl top" uğrunda namizədlərin şəxsi reytinqinin yenilənmiş versiyası dərc edilib.

Teleqraf.com-un məlumatına görə, siyahıda birinci yeri "Pari Sen-Jermen" forvardı, argentinalı Lionel Messi tutur. İkinci yerdə "Mançester Siti" hücumçusu norveçli Erlinq Holand, üçüncü yerdə isə Messi ilə eyni klubda oynayan, əvvəlki reytinq versiyasında ikinci yer tutan Kilian Mbappe dayanır.

Top 10-luğa, həmçinin, Viktor Osimhen ("Napoli"/Nigeriya), Vinisius Junior ("Real"/Braziliya), Xviça Kvaratsxeliya ("Napoli"/Gürcüstan), Markus Reşford ("Mançester Yunayted"/İngiltərə), Robert Levandovski ("Barselona"/Polşa), Kazemiro ("Mançester Yunayted"/Braziliya), Bukayo Saka ("Arsenal"/İngiltərə) daxildir.


Müəllif: Teleqraf.com