Oxşar xəbərlər
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
Teleqraf.com xəbər verir ki, Məsiyev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda altıncı qrupun üçüncü turunda Latviya-İsrail matçını idarə edəcək.
Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak yan xətt hakimləri qismində kömək göstərəcəklər.
Qeyd edək ki, oyun martın 28-də keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.