"Turan Tovuz" klubu heyətinə yeni futbolçu cəlb edib.
Teleqraf.com kluba istinadla xəbər verir ki, "Turan Tovuz" panamalı Roderik Millerlə anlaşıb.
Otuz yaşlı müdafiəçi ilə 3 ay, + 1 il müddətində rəsmi müqavilə bağlanıb.
Qeyd edək ki, Panamanın “San Fransisko” klubunun yetirməsi olan Roderik Miller karyerası ərzində Meksikanın “Merida”, Kolumbiyanın “Atletiko”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Stein”, İraqın “Al Kuva” və “Al Mina” klublarının formasını geyinib.
Müdafiəçi Panamanın əsas millisində 30 oyun keçirib və 1 qol vurub.