Azərbaycanın yeddi cüdoçusu bu gün Gürcüstanın paytaxtı Tbilisidə start götürən Böyük Dəbilqədə mübarizəyə başlayır.
Teleqraf.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Dilşod Xalmatovla (Ukrayna), eyni çəkidəki Turan Bayramov Aybek Omirov (Türkmənistan) üz-üzə gələcək.
66 kq-dakı Kamran Süleymanov 1/32 finalda Quram Dzavaşvilini (BƏƏ) məğlub etməyə çalışacaq.
Qadınların yarışında 48 kq-dakı Leyla Əliyeva 1/16 finalda Venna Juanqla (Çin), 52 kq-dakı cüdoçulardan Gültac Məmmədəliyeva Yasmim Lima ilə (Braziliya), eyni çəkidəki Aydan Vəliyeva Naomi Van Krevellə (Niderland) qarşılaşacaq.
57 kq-dakı Fidan Əlizadə isə 1/16 finalda Paulin Starkla (Almaniya) mübarizə aparacaq.
Qeyd edək ki, Böyük Dəbilqə martın 26-da başa çatacaq.