Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv səfərdə Avstriyanın qonağı olub.
Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:1.
F qrupunun digər matçında Belçika səfərdə İsveçi üç cavabsız qolla üstələyib. Azərbaycan millisi martın 27-də İsveçin qonağı olacaq.