Ermənistan boksçusu Erik İsraelyan öz ölkəsinin bayrağı altında döyüşməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dövlət orqanlarının laqeyd münasibətindən dolayı belə addım atıb:
"Dünya və Avropa çempionatlarında qazandığım qələbələrdən sonra İrəvana qayıdarkən federasiya nümayəndələri məni hava limanında qarşılamadılar, hətta təbrik belə etmədilər".
İsraelyan gələcəkdə başqa ölkənin bayrağı altında yarışmaq niyyətində olduğunu söyləyib.