“Xəzər-Lənkəran”ı tərk edən legionerlər ölkəsinə qayıdar-qayıtmaz klubdakı maliyyə problemləri haqda danışırlar.
Axar.az xəbər verir ki, cənub klubundan əcnəbi oyunçuların getməsinin maaşla bağlı olduğu açıq şəkildə təsdiqlənir.
Klubun rumıniyalı sabiq yarımmüdafiәçisi Adrian Pit “Sportnet.az”a açıqlamasında baş verənlərdən danışıb:
"Xәzәr Lәnkәran"ın belə olacağı bәlli idi. Çünki orada elә futbolçular var idi ki, ancaq pulu düşünürdülәr. Ona görә bu komandanı tәmizlәmәk lazım idi. Gәnclәrlә nәticә әldә etmәk olmaz. Amma komandanı yenilәmәk üçün bu yaxşı imkandı. "Xәzәr Lәnkәran"ın nәticәlәri çox pis idi. Mәlum idi ki, bir gün bu nәticәlәrә görә komandada belә şeylәr baş verәcәk”.
Pitin fikrincә, yayda yeni komanda qurub uğur qazanmaq olar:
“Amma komandanı sevәn futbolçular cәlb etmәk lazımdır, pul üçün oynayanlar yox. Elә oyunçular alınmalıdır ki, "Xәzәr Lәnkәran"ın necә komanda olduğunu, nә qәdәr onu sevәnlәrin qәlәbә gözlәdiyini dәrk edә”.