Azərbaycan cüdoçusu Səid Mollayi Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin finalına yüksəlib.
Teleqraf.com xəbər verir ki, turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.
Təmsilçimiz qızıl medal uğrunda görüşdə belçikalı Mattias Kasse ilə üz-üzə gələcək.
Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Zelim Tçkayev səkkizdəbir finalda fransalı Alfa Umar Caloya məğlub olub.
Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan çüdoçularımız Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Nurlan Osmanov təsəlliverici qarşılaşmada Moldova idmançısı Adil Osmanova qalib gələrək bürünc medal uğrunda görüşdə məhz H.Heydərova rəqib olub.
Aprelin 2-də yekun vurulacaq turnirdə 85 ölkədən 349 kişi, 266 qadın cüdoçu mübarizə aparacaq.