Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən “Suada Dilberoviç” turnirində 13 medal qazanıblar.
Federasiyadan Teleqraf.com-a verilən məlumata görə, onlardan 3-ü qızıl, 5-i gümüş və 5-i bürünc əyarlıdır.
Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc ( gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gümüş (çoxnövçülük, halqa), bir bürünc ( top), Mədinə Dəmirova isə iki gümüş ( top, gürzlər) və üç bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.