Futbol üzrə Türkiyə Kubokunda bütün yarımfinalçılar bəlli olub.
Teleqraf.com xəbər verir ki, 1/4 finalın son oyununda "Fənərbağça" "Kayserispor"u qəbul edib. "Ülker" stadionunda rəqibinə 4:1 hesabı ilə qalib gələn İstanbul təmsilçisi növbəti raunda yüksəlib.
Görüşdə ilk qolu 8-ci dəqiqədə meydan sahiblərindən Emre Mor vurub. 18-ci dəqiqədə Dimitris Kolovetsios hesabı bərabərləşdirib. 42-ci dəqiqədə Mor özünün və komandasının 2-ci qoluna imza atıb. 58-ci dəqiqədə Serdar Dursun 3-cü dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 90-cı dəqiqədə Arda Güler qoyub.
Beləliklə, "Fənərbağça" bu qələbədən sonra yarımfinalda "Sivasspor"a rəqib olub. 1/2 finalın digər oyununda isə "Başakşehir" və "Ankaragücü" münasibətlərinə aydınlıq gətirəcək.