Futbol üzrə İspaniya çempionatının 29-cu turunda “Barselona” səfərdə “Xetafe”nin öhdəsindən gələ bilməyib – 0:0.
Teleqraf.com xəbər verir ki, oyun qonaq komandanın üstünlüyü ilə keçsə də, tərəflərdən heç biri hücumlarını qola çevirə bilməyib.
Xüsusilə 25-ci dəqiqədə katalonlar – Rafinya və Balde ard-arda qapı dirəyinə zərbə endiriblər.
Beləliklə, “Barselona” növbəti dəfə La Liqada qolsuz bərabərliyə razılaşıb. Daha öncə onlar “Jirona” ilə heç-heçə etmişdilər. Xavinin yetirmələri bütün turnirlər daxil olmaqla 3 oyundur qalib gələ bilmirlər. “Barselona”nın növbəti rəqibi “Atletiko” olacaq. Matç aprelin 23-də Bakı vaxtı ilə 18:15-də başlayacaq.
Katalonlar La Liqada zirvəni qorumağa davam edirlər. Onlar ən yaxın izləyiçi – “Real Madrid”i 11 xalla qabaqlayırlar. “Xetafe” isə 31 xalla 15-ci pillədə qərarlaşıb.